azedrop.Ana səhifə

Məxfilik.

Hesab və kurs məlumatların · 12 oktyabr 2026

Hansı məlumatlar saxlanır?

Google hesabından ad, email və profil şəkli; giriş sessiyası, sifariş və ödəniş vəziyyəti, kursa giriş hüququ, tamamlanan dərslər, tapşırıq qeydləri və son fəaliyyət vaxtı saxlanır. Sessiyada texniki IP və brauzer məlumatı ola bilər.

Nə üçün istifadə olunur?

Google ilə daxil olmaq, alınmış kursu açmaq, sifarişin vəziyyətini yoxlamaq və növbəti girişdə qeydlərinə qayıtmaq üçün. Səlahiyyətli admin istifadəçi, sifariş və irəliləyiş məlumatlarını görə bilər. Giriş hüququ dəyişiklikləri audit qeydində saxlanır.

Kart məlumatların

Kart nömrəsi və CVC Stripe-ın qorunan formasına daxil edilir. Azedrop bu məlumatları saxlamır. Ödənişin təsdiqi serverdə Stripe ilə yoxlanır.

Sessiya və xidmətlər

Girişin davam etməsi üçün zəruri sessiya cookies-i istifadə olunur. Google kimliyi, Stripe ödənişi və Railway yerləşdirməsi məhsulun işləməsində istifadə olunan xarici xidmətlərdir. Bu versiyada reklam izləyicisi yoxdur.

Səhifə sayğacları

Landing, açıq nümunə və checkout baxışları, həmçinin alış düyməsinə kliklər tarix üzrə ümumi say kimi saxlanır. Bu sayğaclarda istifadəçi kimliyi, email, IP, cihaz, istinad ünvanı və izləmə cookie-si saxlanmır. Brauzerin Do Not Track seçimi aktivdirsə sayğac göndərilmir.

Saxlanma və müraciətlər

Hesab məlumatlarının saxlanma müddəti və fərdi məlumat müraciət qaydası hələ ayrıca dərc edilməyib.

Bu səhifədən çıxsan, yadda saxlanmamış qeydlər itəcək. Əvvəl tapşırığı yadda saxlaya bilərsən.